7 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Şəms Hüseynin təşəbbüsü
7 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Şəms Hüseynin təşəbbüsü ilə “20 oktyabr – 20 noyabr Uşaq Hüquq aylığı” çərçivəsində Hədəf liseyində “Uşaq hüquqları” adlı təlim təşkil olunub.
Təlimdə Hədəf liseyinin şagirdləri iştirak ediblər. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.
Daha sonra iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #UşaqHüquqAylığı #MənimHüquqlarım #Hüquqlar