5 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Leyla Atababayevanın təşəbbüsü

5 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Leyla Atababayevanın təşəbbüsü

  • 08 Noyabr 2025
  • admin

5 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Leyla Atababayevanın təşəbbüsü ilə "20 oktyabr – 20 noyabr Uşaq Hüquq aylığı" çərçivəsində Maştağa Mədəniyyət Mərkəzində “Mənim səsim – mən hüququm” adlı tədbir təşkil olunub.

Tədbirdə 108 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.

Daha sonra iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.

Sonda "Hüquqlar” mövzusunda interaktiv yarış keçirilib. Yarışda şagirdlər öyrəndiklərini praktik şəkildə nümayiş etdiriblər.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #UşaqHüquqAylığı #MənimHüquqlarım #Hüquqlar